"Neftçi"də növbəti ayrılıq - Legioner komandadan göndərilir
22.05.2025 - 15:43
“Neftçi”də növbəti ayrılıq baş verəcək.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” daha bir legionerlə vidalaşacaq.
Klubun yeni mövsüm üçün heyətində düşünmədiyi futbolçulardan biri də Ryonosuke Ohoridir.
Komandaya mövsümün gedişində cəlb edilən yaponiyalı gözləntiləri doğrultmayıb. Buna görə də, Ohori "Neftçi"dən göndəriləcək.
Paytaxt təmsilçisi istəsə, onunla gələn ay başa çatacaq müqavilə müddəti 2 illik artırılacaqdı. Lakin rəhbərlik və məşqçilər korpusunun qərarı mənfi yöndə olub.
Qeyd edək ki, Ohori komandaya qış fasiləsində qoşulub.
- Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir”
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- "Neftçi" Antalyada son məşqini keçirdi
- Rahid Əmirquliyev: “Məncə, Fernandu Santuş da nəticə verə bilməyəcək”
- “Sportinq”dən Region Liqasına - FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR
0
0