De Bruyne 3-cü pilləyə yüksəldi
14.01.2024 - 00:32
Kevin de Bruyne Premyer Liqada məhsuldar ötürmələrin sayında 3-cü pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi 21-ci turun "Nyukasl"la oyununda assist müəllifi olub.
Belçikalı hazırda 103 məhsuldar ötürmə ilə 3-cü pillədə qərarlaşır. O, "Mançester Yunayted"in əfsanəsi Ueyn Runiyə çatıb. Onlar yalnız Fransesk Fabreqas (111 məhsuldar ötürmə) və Rayan Giqqzdən (162) geri qalır.
Qeyd edək ki, "şəhərlilər" "sağsağanlar"ı 3:2 hesabı ilə məğlub edib.
- Vaqif Cavadov: "Başqa məşqçilərə belə suallar verə bilirsiz?"
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- Azpilikueta qərarını verdi
- Slavko Georgiyevski: "Sadəcə biabırçılıqdır, "Neftçi" baş məşqçisini dərhal dəyişməlidir"
0
0