Ançelotti son iş yerini açıqladı
02.01.2024 - 21:03
Ançelotti son iş yerini açıqladı

Karlo Ançelotti təqaüdə çıxacağı tarixi açıqlayıb.

Apasport.az xəbər verir ki, o, "Real"ın son iş yeri olduğunu söyləyib:

“Klubla müqaviləni uzatdığım üçün çox şadam. Hər şey çox gözəl keçir. Heç bir problem və şübhə olmadan yeni sözləşməyə razılaşdıq. Şadam ki, daha iki il “Real"ın baş məşqçisi olaraq qalacam.

Bura mənim son iş yerimdir. Karyeramı 2028-cİ ildə, yoxsa daha sonra bitirəcəyimi bilmirəm. Bu, bizim uğurumuzdan asılı olacaq. Ümid edirəm ki, müqavilənin sonuna qədər çalışacam. Çünki Madridi bəyənirəm, burada qalmaq istəyirəm”.

Qeyd edək ki, çalışdırıcı "Real"la müqaviləsini 2028-ci ilə qədər uzadıb.

writer photo
İsmayıl Xeyrullayev
0