AL: “Atalanta” Portuqaliyadan sərfəli nəticə ilə dönür
06.03.2024 - 23:52
AL: “Atalanta” Portuqaliyadan sərfəli nəticə ilə dönür

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, bu gün bir matç baş tutub.

“Sportinq” “Atalanta"nı qəbul edib. Tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1. Meydan sahiblərinin heyətində Palinya, qonaqlarda isə Cianluka Skamakka adını tabloya yazdırıb.

Qeyd edək ki, ilk oyunlar çərçivəsindəki digər 7 qarşılaşma sabah keçiriləcək.

Avropa Liqası
1/8 final, ilk oyun
6 mart

“Sportinq” – “Atalanta” - 1:1
Qollar:
Palinya, 17 - Cianluka Skamakka, 39

writer photo
İsmayıl Xeyrullayev
0