Azərbaycanlı futbolçu Belçika klublarının Hədəfində
15.09.2025 - 23:44

Azərbaycanın U-21 yığmasının üzvü Həsən Nəzərli karyerasını fərqli komandada davam etdirə bilər.
Apasport.az saytına verilən məlumata görə, “Ankaragücü”nə məxsus olan 18 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar var.
Onlar arasında Türkiyə və Belçika 1-ci Liqası, həmçinin Azərbaycan təmsilçiləri var.
Nəzərli karyerasını Avropada davam etdirmək istədiyi üçün legioner həyatı yaşamaq niyyətindədir. Onun Belçika klublarından birinə keçidi də gözlənilir.
2023-cü ildən əsas komandada çıxış edən Həsən bu il “Ankaragücü” ilə peşəkar müqavilə imzalayıb.
0
0