Bəxtiyarın komandası məğlub oldu
18.03.2024 - 00:31
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, yığmamızın üzvü Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu “Tuzlaspor” da növbəti matçına çıxıb.
Komanda “Erzurumspor”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Bəxtiyar meydana start heyətində çıxıb. O, sona qədər oynayıb və 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.
- Boksçularımız Polşa turnirində mübarizə aparacaq
- Manuel Torres: Rafaelin məni nakaut edə biləcəyini düşünmürəm
- Azərbaycan çempionatının başlama tarixi bəlli oldu
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- Fizievin məğlubiyyətinin acı sonluğu: "TOP-10"da yerini itirdi
0
0