Cahangir Fərəcullayev: “Kadr islahatları bu günlərdən başlayacaq”
11.04.2025 - 12:16

AFFA-nın XXXIII Hesabat Konfransı keçirilib.
Apasport.az xəbər verir ki, hazırda qurum rəhbərliyinin mətbuat konfransı baş tutub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərdən birinin kadr islahatları ilə bağlı sualını cavablandırıb: "Kadr islahatlarının aparılması nəzərdə tutulub. Bu işlər yaxın günlərdə başlayacaq".
Qeyd edək ki, AFFA-nın XXXIII Hesabat Konfransı “Baku Marriott Hotel Boulveard”da keçirilib.
0
0