
Mövsümü uğursuz keçirən “Neftçi”də islahatlar davam edir.
Avrokuboklara vəsiqə qazana bilməyəcəyi rəsmiləşən “ağ-qaralar” artıq yay transfer çalışmalarına start verib.
Apasport.az saytına verilən məlumata görə, klub rəhbərliyi heyətdə köklü dəyişikliklərə getməyi planlaşdırır.
Bakı təmsilçisi komandanın bir neçə üzvü ilə yollarını ayırmaq niyyətindədir.
Klub Azər Salahlı, Azər Əliyev, Robert Bauer, Rafael Quzzo, Andrey Ştoqrin, Alfa Konte, Yeqor Boqomolski, Ramil Şeydayev və Dembo Darbo ilə vidalaşmaq istəyir.
Yayda müqaviləsi başa çatacaq olanlar komandadan göndəriləcək. Lakin 6 futbolçunun klubla sözləşməsi növbəti mövsümlər üçün də davam edir.
“Neftçi”nin Rafael Quzzo, Dembo Darbo ilə 2026-cı ilin yayına, Robert Bauer, Andrey Ştoqrin, Ramil Şeydayev və Alfa Konte ilə 2027-ci ilin iyuluna qədər müqaviləsi var.
Hazırda həmin futbolçularla danışıqlar davam edir. “Ağ-qaralar” onlarla ortaq məxrəcə gəlmək və müqavilələrə xitam verməyin yollarını axtarır.
Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsində mübarizəni dayandırıb. Komanda iki oyunun nəticəsinə görə “Sabah”dan zəif olub – 1:2, 1:1.
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
- Navas Braziliya yolunda
- Şeydayevin komandası yenə uduzdu
- Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
- İqor Mitreski: “Neftçi"də heç kim Anderssondan hesabat tələb etmədi?” - MÜSAHİBƏ