Coşqundan məhsuldar ötürmə, komandasından heç-heçə
14.01.2024 - 23:57
Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" "Gənclərbirliyi" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Millimizin futbolçusu meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, komandasının yeganə qolunda assist müəllifi olub.
Qeyd edək ki, "Ümraniyəspor" 23 xalla 9-cu pillədə qərarlaşıb.
- "Milan" "Verona" ilə razılığa gəldi
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- "Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda
- Nərgiz Qurbanova: “Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur”
- Şahin Diniyev: “Orda xəstəlik tapmışam”
0
0