Dadaşov oynadı, komandası qələbə qazandı
21.09.2024 - 23:49
Türkiyə 1-ci Liqasında 6-cı tur davam edir.
Apasport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşov da növbəti matçına çıxıb.
Onun şərəfini qoruduğu "Ankaragücü" "Sakaryaspor"la qarşılaşıb. Ankara təmsilçisi öz meydanında 2:1 hesabı ilə qələbə qazanıb.
Yığmamızın futbolçusu matça start heyətdə başlayıb. O, 60-cı dəqiqədə əvəzlənib. Renat sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.
- Oskar Piastri: Azərbaycan Qran-prisinin Qalibi və "Formula 1"in Parlayan Ulduzu
- Elmar Baxşıyev: “Bura kiminsə gücünə gəlməmişik”
- Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Tanzaniyadan böyükhesablı qələbə
0
0