Diniyevin komandasından qələbə
17.03.2024 - 21:12
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor" da növbəti matçına çıxıb.
Komanda "Adanaspor"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0. Qarşılaşmaya start heyətdə başlayan Diniyev sonadək meydanda qalıb.
Qeyd edək ki, "Ümraniyəspor" 33 xalla 11-ci pillədə qərarlaşıb.
- Ruslan Qafitullin: “Fürsətlərdən istifadə edə bildik”
- Qurban Qurbanov: “Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz”
- Elvin Məmmədov: “Hər şey mümkündür”
- Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
- “Turan Tovuz”un kapitanı: “Rəqiblər bizlə oyunlara daha motivasiyalı çıxır”
0
0