"Əl-Nəsr"də çıxış etmiş futbolçu "Kəpəz"in radarında - EKSKLÜZİV
19.06.2025 - 18:18
“Kəpəz” heyətlə bağlı dəyişikliklər etməyə hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi bir neçə futbolçu transfer edəcək.
Premyer Liqa klubu sabiq oyunçularından biri ilə yaxından maraqlanır.
Belə ki, söhbət Olavale Onanunqadan gedir. Hazırda 27 yaşlı futbolçunun geridönüşü gündəmdədir.
Nigeriyalı futbolçu 2023/24 mövsümündə “Kəpəz”in heyətində çıxış edib. O, ölkəmizi tərk etdikdən sonra “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarının şərəfini qoruyub.
- Birinci vitse-prezident Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
- "Qarabağ" braziliyalı ilə razılığa gəldi - 3 illik müqavilə
- Oçe Oçoveçi: "Qarşımıza qoyulan hədəfə çatmağa çox yaxınıq"
- ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
- Millimiz yenə məğlub oldu
0
0