"Kəpəz"dən növbəti transfer
03.09.2024 - 14:45
"Kəpəz"dən növbəti transfer

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Rauf Hüseynlini rənglərinə bağlayıb. 24 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, son olaraq “Qəbələ”nin şərəfini qoruyub.

writer photo
İsmayıl Xeyrullayev
0