Miodraq Bojoviç: "Növbəti oyunlara dair şanslarımız daha yaxşıdır"
31.01.2024 - 21:22
Miodraq Bojoviç: "Növbəti oyunlara dair şanslarımız daha yaxşıdır"

"Sumqayıt" oyunun ilk 15-20 dəqiqəsində daha yaxşı idi. Müəyyən səhvlərimiz oldu. İlk yarının ortalarına yaxın daha yaxşı oynamağa başladıq. Bunun da nəticəsində üç qol vurduq. İkinci yarıda müəyyən səhvlər etdik. Ona görə də iki qol buraxdıq. Halbuki, qol vurmaq üçün imkanlarımız var idi. Matç 3:2 yekunlaşdı. Növbəti oyunlara dair şanslarımız daha yaxşıdır. Hər halda nəticə budur".

Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun "Sumqayıt"la 1/4 final matçından sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə üç qol, ikinci yarıda zəif oyun. Nə baş verdi?
- Səbəb o idi ki, elə düşündük ki, oyunun aqibəti həll olundu. Amma oyunu itirdik. Cərimə meydançamız yaxınlığında səhvlər etdik və qollar buraxdıq.

- "Sumqayıt"la qarşıda ardıcıl iki oyununuz olacaq. Çempionat matçı daha vacibdir, yoxsa kubokun cavab görüşü?
- Hər oyun bizim üçün önəmlidir. "Sumqayıt"la matçın rahat keçəcəyini düşünmürəm. Bir həftədən sonrakı oyun da eyni dərəcədə ağır keçəcək.

writer photo
İsmayıl Xeyrullayev
0