"Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı
04.09.2024 - 20:10
"Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı

Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz turnirin I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.

Gürcüstanın Tsxaltubo şəhərində keçirilən matç təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 0:5.

Qeyd edək ki, II qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.

writer photo
İsmayıl Xeyrullayev
0