"Qarabağ" daha bir futbolçusu ilə bağlı qərarını verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, ağdamlılar Patrik Andradeni komandada saxlayacaq.
Daha öncə tərəflər arasında razılıq əldə olunduğunu, yalnız müəyyən detalların qaldığını bildirmişdik.
Artıq futbolçu ilə klub bütün mövzularda ortaq məxrəcə gəliblər. Yayda müqaviləsi bitəcək kabo-verdeli ilə daha 1 illik sözləşmə imzalanacaq.
Yarımmüdafiəçinin müəyyən təklifləri olsa da, özü "Qarabağ"da qalmağa üstünlük verib.
Qeyd edək ki, Andrade 2020-22-ci illərdə Ağdam təmsilçisində çıxış edib. O, bir mövsüm "Partizan"da çıxış etdikdən sonra 2023-cü ilin yayında yenidən "Qarabağ"a qayıdıb.
- İsveç millisinin kapitanı: “Qalib gələcəyimizi düşünürük”
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir
- “Qəbələ”nin məşqçisi: “Məğlubiyyətə layiq deyildik”
- Qurban Qurbanov: “Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz”
- Fərid Namazov: "Bütün matçlar bizim üçün prinsipialdır"