Zayr-Emeri PSJ-də qalacaq
16.02.2024 - 20:31
Zayr-Emeri PSJ-də qalacaq

PSJ yarımmüdafiəçisi Uorren Zayr-Emeri ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, parislilər onu komandada saxlamaq niyyətindədir.

Klub onun çıxışından razıdır və futbolçu ilə müqaviləni uzadacaq. Artıq Zayr-Emeri və onun agenti Xorxe Mendeşlə şifahi razılıq əldə olunub. Yalnız tərəflərin sözləşməni imzalaması qalıb.

Qeyd edək ki, Uorren PSJ-nin yetirməsidir.

writer photo
İsmayıl Xeyrullayev
0