"Qarabağ" nəhayət ki, Kamilo Duranı Bakıya gətirib.
Apasport.az saytına verilən məlumata görə, kolumbiyalı artıq paytaxtımıza təşrif buyurub.
Futbolçu tibbi müayinədən uğurla keçib. O, bir neçə dəqiqə öncə "Qarabağ"ın Suraxanıda yerləşən bazasına dəvət edilib. Klubun bazası və stadionu ilə tanış olan Duran yaxın dəqiqələrdə klubla rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçunun “Portimonense” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər idi.
Əlavə edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da bu gün keçirilən mətbuat konfransında Duranın Bakıya gəldiyini təsdiqləmişdi.
- Vüsal İsgəndərli "Boluspor"da
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
- PSJ-nin yeni futbolçusu: “İddialı kluba keçdiyim üçün xoşbəxtəm”
- Bolqarıstan millisinin kapitanı: "Azərbaycan millisi ciddi rəqibdir"
- “Mançester Siti” üstünlüyünü qoruya bilmədi