Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələyə bu gün Xankəndidə yekun vurulacaq.
Ultramarafon iştirakçıları sonuncu yarış günündə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, marafon “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
- Millimizdən bərabərlik - YENİLƏNİB
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Aftandil Hacıyev “Winter League Convention 2024”də iştirak edib
- Samir Abasov: "Meydanda qalib gəlmək istəyən komanda gördüm"
- Millətlər Liqası: İspaniya İsveçrəyə, Portuqaliya Şotlandiyaya qarşı