“Qəbələ” yeni transfer edir - TSXADADZE AÇIQLADI
04.02.2026 - 21:46
Misli Premyer Liqası təmsilçilərindən “Qəbələ” növbəti transferini reallaşdıracaq.
Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Kaxaber Tsxadadze açıqlayıb.
Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”la matçından sonra keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, yaxın günlərdə komandanın son transferinin də rəsmiləşməsi gözlənilir. Bununla da, “Qəbələ” 5-ci keçidini reallaşdıracaq və transfer pəncərəsini yekunlaşdıracaq.
Qeyd edək ki, qarşılaşma 0:0 hesablı bərabərliklə nəticələnib.
- Edqar Adilxanov: BƏZƏN OYUN YADIMDAN ÇIXIRDI
- Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub
- "Qarabağ"ın "Nyukasl"la oyunöncəsi "Neftçi" matçı təxirə salınır? - EKSKLÜZİV
- "Mançester Yunayted" futbolçusunu icarəyə göndərir
- Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl”
0
0