"Mançester Yunayted" futbolçusunu icarəyə göndərir
13.01.2024 - 00:31
"Mançester Yunayted" futbolçusunu icarəyə göndərir

"Mançester Yunayted"in yarımmüdafiəçi Fakundo Pellistri komandanı tərk etməyə yaxındır.

Apasport.az xəbər verir ki, o, karyerasını PSV-də davam etdirəcək.

Tərəflər futbolçunun keçidi ilə bağlı danışıqlar aparır. İngiltərə klubu uruqvaylını mövsümün sonuna qədər icarəyə verməyə hazırdır.

Qeyd edək ki, 22 yaşlı Pelistri bu mövsüm 14 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

writer photo
İsmayıl Xeyrullayev
0