"Qəbələ"dən növbəti transfer
16.09.2024 - 13:14
"Qəbələ"nin baxışında bir neçə futbolçu olduğunu daha öncə xəbər vermişdik.
Apasport.az-ın məlumatına görə, bu gün onlardan birinin taleyinə aydınlıq gəlib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. "Qırmızı-qaralar" nigeriyalı Oçe Oçoveçi ilə anlaşıb. Ukrayna Premyer Liqa təmsilçisi "Krivbas"da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb.
Qeyd edək ki, futbolçu karyerasına öz ölkəsinin "Platea Yunayted" komandasında başlayan Oçoveçi Portuqaliya klubu "Feirense"nin də formasını geyinib.
- "Beşiktaş"ın forvardı "Hatayspor" yolunda
- Azər Bağırov: “Əlimizdə olan futbolçular bunlardır“
- UFC: Maqomedovdan ilk raundda SABMİŞŞIN
- KL: "Sabah" və "Araz-Naxçıvan"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
0
0