"Qarabağ"da növbəti ayrılıq yaşanmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Redon Cica mövsümün sonunda komandanı tərk etmək istəyir.
O, Ağdam klubunda oyun praktikasından əziyyət çəkir. Daha çox oynamaq üçün yeni variantları gözdən keçirən Cicanın yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.
Hücumçu qışda komandadan ayrılmağı planlaşdırsa da, baş məşqçi Qurban Qurbanov onu sərəncamında görmək istədiyi üçün "Qarabağ"da qalıb. Amma albanın yayda Azərbaycan çempionundan ayrılmaq niyyətində olduğu bildirilir.
Sadəcə forvard Qurban Qurbanovun onun haqqında verəcəyi qərarı gözləyir. Belə ki, komandanın baş məşqçisi onu sərəncamında görmək istəsə, Cica qalacaq. Əks halda isə özünü başqa komandada sınamağa cəhd edəcək.
Qeyd edək ki, 26 yaşlı hücumçunun “Qarabağ”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Ağdam klubuna 2023-cü il yanvarın 24-də keçib. Redon bunadək “Laçi” və “Tirana” klublarının şərəfini qoruyub.
- “Qarabağ”ın baş məşqçisi: “Nəriman üzərində daha çox çalışsa…”
- Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
- Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”
- Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI
- "Beşiktaş" Kayseridən 1 xalla qayıdır