Rövşən Nəcəf: "Millinin oyunundan və nəticədən razı deyilik"
11.04.2025 - 10:22
Rövşən Nəcəf: "Millinin oyunundan və nəticədən razı deyilik"

"Millinin oyunundan və nəticədən razı deyilik".

Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransı zamanı söyləyib. 

Rövşən Nəcəf məsələ ilə bağlı millinin baş məşqçisi Fernandu Santuşla görüşdüklərini bildirib: "2025-26-cı illər üçün Premyer Liqada legioner limiti ləğv olundu. Bir çox ölkələrdə müxtəlif illərdə fərqli qərarlar görmüşük. İnanırıq ki, limitin ləğvi Premyer Liqanı və I Liqanı gücləndirəcək. Təəssüf ki, əsas milli son dövrdəki nəticələrlə bizi sevindirmədi. Millinin oyunundan və nəticədən razı deyilik. Santuşla görüşmüşük və narazılıqlarımızı ona çatdırmışıq. Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına inanırıq. Amma AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır. Azərbaycan futbolu məsuliyyəti və çətin dönəmə qədəm qoyur. Strategiyanın  futbolumuzun inkişafına kömək olacağına inanırıq. AFFA və futbol üzvləri birlikdə böyük uğurlar əldə edə bilərik".

Qeyd edək ki, AFFA-nın Hesabat Konfransı “Baku Marriott Hotel Boulveard”da keçirilib.