"Sabah" - "Qəbələ": HANSI İTKİLƏR VAR?
04.02.2026 - 11:10
"Sabah" - "Qəbələ": HANSI İTKİLƏR VAR?

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsində "Sabah" "Qəbələ"ni qəbul edəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Masazır təmsilçisi matça iki itki ilə çıxacaq.

Komandanın hücumçusu Coy Lens Mikels görüşü buraxacaq. Onun məşq zamanı aldığı zədə hələ ki, sağalmayıb.

"Bayquşlar"ın kapitanı Pavol Şafranko bərpa prosesini davam etdirir. Onun aprelə qədər yaşıl meydanlara çıxması real görünmür.

"Qəbələ"də isə itki yoxdur. Komanda matça tam heyətlə çıxacaq. 

Qeyd edək ki, "Sabah" - "Qəbələ" matçı bu gün saat 19:30-da start götürəcək.