Arda Gülər oynadı, "Real" qələbə qazandı
07.01.2024 - 08:06
Arda Gülər oynadı, "Real" qələbə qazandı

"Real"ın  yarımmüdafiəçisi Arda Gülər ​​komandada debüt edib.

Apasport.az xəbər verir ki, o, İspaniya Kral Kubokunun 4-cü turunun "Arandina" ilə oyununda (1:3) meydana çıxıb.

Türkiyəli futbolçu matçın start heyətində yer alıb. Madrid klubunun forması ilə debüt edən 18 yaşlı yarımmüdafiəçi 59 dəqiqə meydanda qalıb və göstərdiyi oyunla böyük alqış toplayıb. 

Vunderkidin ilk hissədə yerinə yetirdiyi cərimə zərbəsi qapı dirəyinə tuş gəlib. Tənqidçilərdən yüksək xal alan Arda baş məşqçi Karlo Ancelottiyə "mən burdayam" mesajı verə bilib. 

Qeyd edək ki, Gülər ​​2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a keçib.

writer photo
İsmayıl Xeyrullayev
0