Şahruddinin komandasından böyükhesablı qələbə
16.03.2024 - 23:58
Şahruddinin komandasından böyükhesablı qələbə

Türkiyə Superliqasında 30-cu tur davam edir.

Apasport.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyev də növbəti oyununa çıxıb.

Onun şərəfini qoruduğu “Adana Dəmirspor” “Sivasspor”a qalib gəlib. Şahruddinin komandası rəqibini 4:1 hesabı ilə ilə məğlub edib.

Start heyətində yer alan Məhəmmədəliyev sonadək meydanda olub.

Qeyd edək ki, “Adana Dəmirspor” 39 xalla 8-ci pillədə qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0