Samir Abasov: "Komandanı bu şəraitdə də görmək vacibdir"
12.01.2024 - 22:55
Samir Abasov: "Komandanı bu şəraitdə də görmək vacibdir"

"Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir".

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Darmştadt"la matçdan (0:3) sonra deyib. Mütəxəssis görüş haqda fikirlərini bildirib:

"Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır. Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".

writer photo
İsmayıl Xeyrullayev
0