Sanço "Borussiya" yolunda
02.01.2024 - 22:53
Sanço "Borussiya" yolunda

"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço Almaniyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sı ilə futbolçunun mövsümün sonuna qədər icarəyə götürülməsiylə bağlı danışıqlar aparır.

Futbolçunun özü 2017-21-ci illərdə çıxış etdiyi komandaya qayıtmağa hazırdır. Transferin ümumi məbləği 3,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Sanço ingiltərəlilərin baş məşqçisi Erik ten Haqla münaqişə yaşadığı üçün forma şansı qazanmır.

writer photo
İsmayıl Xeyrullayev
0