"Real"da müdafiəçi problemi davam edir
07.02.2024 - 21:55
"Real"da itkilər davam edir.
Apasport.az xəbər verir ki, komandada müdafiəçi problemi yaşanır.
"Kral klubu"nun bu gün baş tutan məşqində arxa xətt oyunçularının heç biri ümumi qrupda yer almayıb. Antonio Rudiger fərdi proqram üzrə meydanda, Naço Fernandes idman zalında məşq edib. David Alaba və Eder Militao isə bərpa prosesini davam etdirirlər.
Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlinə 23 turdan sonra 58 xalla başçılıq edir.
- Fernandu Santuş: “İsveçin mənfi nöqtələrinə fokuslanmışıq”
- "Barselona"nın müdafiəçisi nəhənglərin hədəfində
- Rəşad Sadıqov: “İsrar edirdim, lakin Qara “Neftçi”ni seçdi”
- "Qarabağ"ın hücumçu transferində son durum: İSPANİYALININ KEÇİDİ ALINACAQ?
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ
0
0