"Bavariya"nın futbolçuları komandaya qayıtdı
07.02.2024 - 20:55
"Bavariya"nın futbolçuları Coşua Kimmix və Deotşankul Upamekano komandaya qayıdıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, onlar ümumi qrupla məşqlərə başlayıb. Hər iki oyunçu “Union”la matçdan (1:0) sonra zədə səbəbindən meydana çıxmayıb. Kimmix çiynindən xəsarət alıb. Upamekano isə sol budun arxa əzələ liflərinin yırtılması problemi ilə üzləşib. Hazırda onların durumu yaxşıdır.
Qeyd edək ki, Almaniya Bundesliqasında 20 matçdan sonra "Bavariya" 50 xalla ikinci pillədə qərarlaşıb.
- “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının öhdəlik protokolu imzalandı
- "Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?
- "Arsenal" yeni səfər formasını ictimaiyyətə təqdim edib
- “Qəbələ” yeni transfer edir - TSXADADZE AÇIQLADI
- Bolqarıstan millisinin baş məşqçisi: “Ədalətli nəticə oldu”
0
0