"Barselona"nın yay transfer planı
26.03.2024 - 23:15
"Barselona"nın yay transfer planı

"Barselona"nın yay transfer planı bəlli olub.

Apasport.az xəbər verir ki, klub təxminən 200 milyon avro xərcləməyi düşünür.

Kataloniyalılar mövsümün sonunda mümkün qədər çox vəsait əldə etmək üçün bəzi futbolçularını satacaqlar. "Əl-Hilal"ın hədəfində olan Rafinyanın da komandanı tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, La Liqanın 29 turundan sonra "Barselona" 64 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0