Fizievin məğlubiyyətinin acı sonluğu: "TOP-10"da yerini itirdi
04.02.2026 - 10:50
Fizievin məğlubiyyətinin acı sonluğu: "TOP-10"da yerini itirdi

MMA üzrə "UFC 326" turnirindən sonra yarışın reytinq cədvəli yenilənib.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rafael Fizievin də siyahıda mövqeyi bəlli olub.

Yüngül çəki dərəcəsində Maurisio Ruffiyə məğlub olan döyüşçü sıralamada yerini itirib.

Bu uğursuzluq Fizievə baha başa gəlib. O, 9-cu pillədən 11-ci sıraya enib. 

Əvəzində ona qalib gələn Ruffi ciddi irəliləyişə imza atıb. Braziliyalı 5 pllə yüksələrək 9-cu sıraya qalxıb.

Keçici kəmər döyüşünə çıxan Peddi Pimblett isə 6-cı sıraya yuvarlanıb.

UFC
Yüngül çəki dərəcəsi
Reytinq siyahısı

Çempion. İlia Topuria
1. Castin Qeyci (keçici kəmər sahibi) 
2. Arman Tsarukyan
3. Çarlz Oliveyra
4. Maks Hollovey
5. Benoyt Sen Denis
6. Peddi Pimblett
7. Mateuş Qamrot
8. Dan Hukr
9. Maurisio Ruffi
10. Renato Moykano
11. Rafael Fiziev
12. Beneyl Dariuş
13. Maykl Çendler
14. Manuel Torres
15. Fares Zyam