
"Sabah" yay transfer çalışmalarına start verib.
Klub ilk növbədə müqaviləsi başa çatan futbolçularla bağlı qərarlaşdırma aparıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Cessi Sekidika komandada qalacaq.
Daha öncə tərəflərin yeni sözləşmə ilə bağlı danışıqlara başladığını xəbər vermişdik.
Futbolçuya Premyer Liqa klublarından təkliflər olsa da, o, komandada qalmağı üstün tutub.
Artıq klub hücumçu ilə mövcud 1 illik opsiyadan istifadə barədə razılığa gəlib. Tərəflər mövsümün sonunda həmin müddəti daha da uzatmaq üçün yeni müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Sekidikanın "Sabah"la sözləşməsi iyunun 30-da başa çatacaq. Forvard Azərbaycan klubuna 2023-cü il sentyabrın 7-də keçib.
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Paris-2024: Bayraqdarlarımız bəlli oldu
- “Mançester Yunayted”dən “Sevilya”ya
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- Nərgiz Qurbanova: “Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur”