
“Neftçi” yay transfer pəncərəsi üçün çalışmalara indidən başlayıb.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” yerli bazarda daha aktiv olmaq istəyir.
Yay və qışda gətirilən futbolçuların özlərini doğrulda bilməməsi “Neftçi”ni transfer siyasətini yerli bazara yönəltməyə məcbur edib.
Paytaxt təmsilçisinin transfer siyahısında “Zirə”nin legioneri Rafael Utziq yer alıb. Paytaxt təmsilçisi braziliyalını yayda heyətinə qatmaq niyyətindədir.
Lakin bunu reallaşdırmaq “Neftçi” üçün asan olmayacaq. Məsələ burasındadır ki, “Zirə” özü də 28 yaşlı vingeri heyətdə saxlamaq üçün danışıqlar aparır. Çünki Utziqin “Zirə” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
“Neftçi”nin heyətinə qatmaq istədiyi digər futbolçu isə İqor Ribeyrodur. Braziliyalı müdafiəçi “Araz-Naxçıvan”la müqavilə müddətini artırmasına baxmayaraq, “ağ-qaralar” yayda yenə də onunla təmasa keçəcək. Müdafiənin mərkəzində böyük dəyişikliklər etmək istəyən bakılılar bu problemin həlli üçün Ribeyronu transfer etməyi düşünür. Mümkün “yox” cavabını nəzərə alan “Neftçi” axtarışlarını davam etdirir.
- "Neftçi"də onun da qələmi qırıldı: ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLDİ
- “Zirə” üçün önəmli qərar: RENATOYA CİDDİ MÜŞTƏRİLƏR VAR
- "Dinamo" keçidə razılıq verdi: "Qarabağ"a yeni müdafiəçi gəlir
- İqor Mitreski: “Neftçi"də heç kim Anderssondan hesabat tələb etmədi?” - MÜSAHİBƏ
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib