Benzema "Lion"a dönə bilər
02.01.2024 - 19:23
Benzema "Lion"a dönə bilər

"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın taleyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az xəbər verir ki, o, Avropaya qayıda bilər.

36 yaşlı fransalının yetirməsi olduğu "Lion"a dönmək variantı yaranıb. Klub forvardla mövsümün sonuna kimi razılıq əldə etmək niyyətindədir.

Qeyd edək ki, Benzema bu yaydan Səudiyyə Ərəbistanında çıxış edir. O, "Əl-İttihad"da 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0