"Turan Tovuz" yenə məğlub oldu
15.01.2024 - 19:58
"Turan Tovuz" yenə məğlub oldu

"Turan Tovuz" daha bir yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, qərblilər Özbəkistan "Nasaf"ı ilə qarşılaşıb.

Görüş rəqibin 2:4 hesablı qələbəsi ilə nəticələnib. "Turan Tovuz"un qollarını İsmayıl Zülfüqarlı və Roderik Miller vurub.

Qeyd edək ki, komanda digər yoxlama matçında Macarıstan “Şiofok"una uduzub - 2:0.

writer photo
İsmayıl Xeyrullayev
0