Koke MLS yolunda
10.02.2024 - 20:20
Koke MLS yolunda

“Atletiko”nun futbolçusu Koke komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, onun klubla müqaviləsi yayda başa çatacaq.

Tərəflər arasında yeni sözləşmə barədə razılıq əldə olunmayıb. Kokenin “İnter Mayami”yə keçidi gözlənilir.

Qeyd edək ki, futbolçu Madrid klubunun yetirməsidir. O, doğma komandasında 616 matç keçirib, 47 qol vurub və 147 assist müəllifi olub.

writer photo
İsmayıl Xeyrullayev
0