"Çelsi" uğursuz seriyaya son qoydu
13.01.2024 - 20:26
"Çelsi" uğursuz seriyaya son qoydu

İngiltərə Premyer Liqasının 21-ci turunun matçları keçirilir.

Apasport.az xəbər verir ki, "Çelsi" doğma meydanda "Fulhem"i məğlub edib - 1:0.

Beləliklə, londonlular uğursuz seriyaya son qoyub. "Zadəganlar" 2022-ci ilin oktyabrından bəri ilk dəfə çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb.  Komanda “Kristal Pelas” (2:1), “Luton Taun” (3:2) və “Fulhem” (1:0) görüşlərindən itkisiz ayrılıb.

Qeyd edək ki, "Çelsi" növbəti matçını yanvarın 23-də keçirəcək. Maurisio Poçettinonun yetirmələri İngiltərə Liqa Kubokunun 1/2 final mərhələsinin cavab oyununda evdə "Midlsbro" ilə qarşılaşacaq. 

writer photo
İsmayıl Xeyrullayev
0