Şeydayevin komandası yenə uduzdu
16.03.2024 - 00:26
Şeydayevin komandası yenə uduzdu

Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev də növbəti oyununu keçirib.

Onun çıxış etdiyi “Kocaelispor” “Gənclərbirliyi”nə uduzub. Ramilin komandası 27-ci turda səfərdə 0:2 hesabı ilə məğlub olub. “Kocaelispor” son 6 oyunda qələbə qazana bilməyib. Şeydayev 3 məğlubiyyət və 3 heç-heçəyə şahidlik edib.

Həmyerlimiz görüşün 74-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Kocaelispor” 45 xalla 3-cü pillədə qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0