Fransalılar "Mançester Yunayted"i tərk edir
05.01.2024 - 22:05
Fransalılar "Mançester Yunayted"i tərk edir

"Mançester Yunayted" daha 2 futbolçusu ilə yollarını ayırmağa yaxındır.

Apasport.az xəbər verir ki, Antoni Marsial və Rafael Varan yayda komandanı tərk edə bilər.

"Qırmızı şeytanlar" hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil və yayda onunla yollarını ayırmağı planlaşdırır. Forvard xəstəliyi səbəbindən üç həftə yarımdır ki, məşq etmir. 

Rafael Varan klubla razılığa gələ bilmir. Böyük ehtimalla onunla yeni müqavilə bağlanmayacaq.

Qeyd edək ki, oyunçuların klubla sözləşmələri 2024-cü ilin iyun ayına qədərdir.

writer photo
İsmayıl Xeyrullayev
0