“Komandada ab-hava yerindədir. İdeal formada olmağa, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
Təcrübəli müdafiəçi Misli Premyer Liqasının VI turundakı rəqibləri “Sabah” barədə fikirlərini bildirib:
“Hər oyuna xal və xallar qazanmaq üçün çıxırıq. Növbəti turda bizi səfərdə “Sabah”la ağır matç gözləyir. Çətin olacaq. Lakin rəqibi düzgün analiz edib, yaxşı hazırlaşıb, sərfəli nəticə qazanmağa çalışacağıq. Bu mövsüm məğlub olmamışıq. Heç bir qarşılaşmaya xüsusi motivasiya ilə çıxmırıq. Əksinə turnir cədvəlində lider olduğumuz üçün rəqiblər bizlə oyunlarda daha motivasiyalı olur. Bazar günü əlimizdən gələni edib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, “Sabah” - “Turan Tovuz” matçı sentyabrın 15-də keçiriləcək.
- Mourinyodan maraqlı qərar: Mətbuat konfransına qatılmadı
- Ruan Renato: Komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm
- Elhad Nəziri: "Laynsman deyir ki, autdur, amma baş hakim rəqib komandanın lehinə qərar verir"
- Barış Alper Yılmaz: “Qalatasaray”ın Parlayan Ulduzu
- Rza Cəfərov Avropa klublarının hədəfində - EKSKLÜZİV