"Zirə" düşərgəsində şad xəbər - YARIMMÜDAFİƏÇİ KOMANDAYA QAYITDI
03.03.2025 - 15:23
“Zirə”nin futbolçusu Ceyhun Nuriyevin durumu bəlli olub.
Apasport.az saytına verilən məlumata görə, o, məşqlərə başlayıb.
Hazırlıq prosesində yıxıldığı üçün çiynindən zədələnən Nuriyev müalicəsini başa vurub. Yarımmüdafiəçi fərdi məşqlərə start verib.
Komandadan ayrı çalışan yarımmüdafiəçi bu həftə kollektiv çalışmalara da qoşulacaq.
Qeyd edək ki, onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- Millimiz Koşitsedə meydana çıxıb - FOTO
- Azərbaycan millisinin rəqibləri bəlli oldu - YENİLƏNİB
- Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
- Təməli yenidən atılan "İmarət"in son oyunlarında nələr baş verib? - KEÇMİŞƏ SƏYAHƏT
- "Fənərbaxça"dan qələbə, "Beşiktaş" xal itirdi
0
0