“Zirə”dən yeni transfer
06.01.2024 - 21:53
“Zirə”dən yeni transfer

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Qartallar" Rafael Utziqi heyətinə qatıb. 27 yaşlı hücumu ilə 1,5+1 illik müqavilə imzalanıb. 


Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreya “Sunqnam Asan”ı  olub.

writer photo
İsmayıl Xeyrullayev
0