Arda Gülər “Real”da qol hesabını açdı
11.03.2024 - 00:04
La Liqada 28-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Real" "Selta"nı qəbul edib.
Görüş madridlilərin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Komandanın ilk qoluna Vinisius Juniyor imza atıb. Ardından qonaqlar iki avtoqolla yadda qalıb. Matçda son nöqtəni isə "kral klubu"nda debüt qolunu vuran Arda Gülər qoyub.
Qeyd edək ki, "Real" 69 xalla İspaniya çempionatının lideridir.
- "Liverpul" 3 xalı 3 qolla qazandı
- İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
- Təməli yenidən atılan "İmarət"in son oyunlarında nələr baş verib? - KEÇMİŞƏ SƏYAHƏT
- Premyer Liqadan "Qalatasaray"a - RƏSMİ
- "İmişli" Premyer Liqadan futbolçu transfer etdi - RƏSMİ
0
0