“Xırdalan”ın seriyası qırıldı
15.03.2024 - 23:52

Azərbaycan Basketbol Liqasında XV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 2 matç baş tutub.
Lider “Xəzri” “Xırdalan” ilə üz-üzə gəlib. "Xırdalan"ın 5 oyunluq qələbə seriyası başa çatıb. Qarşılaşma "Xəzri" basketbolçularınün böyük üstünlüyü ilə yekunlaşıb.
NTD-İNDİQO isə Xaçmazda “Sərhədçi”dən güclü olub. Tahir Baxşıyevin komandası 10 xal fərqi ilə qalib gəlib.
Qeyd edək ki, turun ilk matçında “Neftçi” “Gəncə”yə 97:62 hesabı ilə qalib gəlib. Turun digər matçlarında sabah “Cəlilabad” Sabah”ı, martın 17-də isə “Şəki” “Sumqayıt”ı sınağa çəkəcək.
- Stadiona yad əşya atmaq, azarkeşlərin cərimələnməsi - Qanuni video açıqlama
- Rövşən Nəcəf: “Həmin yerlilərlə millidə hansı uğura imza ata bilərik?”
- "Roma"da braziliyalı müdafiəçi: 25 milyon avroya
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Mbappe Olimpiadanı buraxa bilər
0
0