Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
21.07.2025 - 16:20
Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.

Püşkdə Azərbaycan təmsilçiləri "Zirə", "Sabah" və "Araz-Naxçıvan"ın da potensial rəqibləri bəlli olub.

"Zirə"nin bu mərhələdəki mümkün rəqibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi olacaq.

"Araz-Naxçıvan" "Aris" (Yunanıstan) səddini adlamağı bacarsa, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

"Sabah" isə "Petrokub"u mübarizədən kənarlaşdırsa, "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.