"Adana Dəmirspor" Balotelli ilə müqaviləni ləğv edir
08.01.2024 - 23:54
"Adana Dəmirspor" Balotelli ilə müqaviləni ləğv edir

“Adana Dəmirspor” Mario Balotelli ilə müqaviləni ləğv etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda sözləşməyə xitam vermək barədə danışıqlar aparır. Balotelli klubun düşərgəsindən ayrılaraq dizinin müalicəsi üçün İtaliyaya yollanıb. O, noyabr ayından bəri zədədən əziyyət çəkir.

Qeyd edək ki, bu mövsüm Mario "Adana Dəmirspor"un heyətində 5 oyun keçirib və 3 qol vurub.

writer photo
İsmayıl Xeyrullayev
0