“Formula 2”: Kamara Bakıda qalib oldu
26.09.2026 - 12:10
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.
Apasport.az xəbər verir ki, yürüşə saat 11:00-da start verilib.
"Rodin Motorsport"dan Aleks Dann yenə bütün rəqiblərini geridə qoyub. Lakin onun aktivinə yazılan cərimə xalları pilotu üçüncü pilləyə endirib.
Belə olan halda yarışın qalibi "İnvista Racing"dən Rafael Kamara olub.
İkinci pilləni isə "Campos Racing"dən Nikola Tsolov tutub.
Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.
- Elmar Baxşıyev: “Bizi hansı təhlükənin gözlədiyini bilirdik”
- Redon Cica: “Ümid edirəm ki, buraya yenidən gələrik”
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Ernani Pereyra: "Karvan"ı Premyer Liqada görmək çox xoş və həyəcanlıdır"
- "Qarabağ"da şok ayrılıq: DAHA BİR LEGİONER KOMANDANI TƏRK EDİR
0
0