V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib
14.09.2024 - 00:44
Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları sona çatıb.
Apasport.az xəbər verir ki, bu gün tədbirin bağlanış mərasimi keçirilib.
Köçəri Oyunlarının rəmzi növbəti ev sahibi Qırğızıstana təqdim olunub. Mərasimdə Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan, Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov nitq söyləyiblər.
Qeyd edək ki, Azərbaycan idmançıları yarışlarda 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Medal sayına görə ölkəmiz 89 ölkə arasında 9-cu olub.
- Azərbaycan çempionatında qızların mübarizəsi başa çatıb
- Şahin Diniyev: “Komandanın toparlanması məni sevindirir”
- Dovbik "Çelsi"nin hədəfində
- Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
0
0